Hadisə

Naxçıvanda daha 2 şirkət ləğv olundu – Təfərrüat

Ötən ilin may ayında Naxçıvanda dövlət qeydiyyatına alınan “Naxmed-Nev” MMC (VÖEN- 0201434711) və 2014-cü ilin aprel ayında qeydiyyata alınan “Nəxşicahan Med” MMC (VÖEN- 0200728171) adlı şirkətlər ləğv olunur.

Yeniavaz.com xəbər verir ki, ləğv olunan “Nəxşicahan Med” MMC-nin hüquqi ünvanı N.Əli̇yev küçəsi, ev 5, mənzil 5-də, “Naxmed-Nev” MMC-nin isə hüquqi ünvanı Cəlil Məmmədquluzadə küçəsi, ev 1, mənzil 1-də yerləşir.

Qeyd edək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb. Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.

Aşağıdakı yazılarda son bir il ərzində qeydə alınan birləşmə və parçalanmalar haqqında ətraflı məlumat ala bilərsiniz:

Bənzər yazılar

Back to top button