Dünya

ABŞ-dən İsrailə xəbərdarlıq

ABŞ İsrailə xəbərdarlıq edib ki, Qəzzanın cənubundakı Rəfah şəhərinə düzgün planlaşdırılmadan hərbi hücum təşkil etmək fəlakət olacaq.

Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ Rəfahdakı qaçqınlar üçün lazımi tədbirlər nəzərə alınmadan buradakı hər hansı böyük əməliyyat planlarını dəstəkləməyəcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd olunub ki, AĞ Evin şərhi İsrail liderinin hərbçilərə Rəfahda əməliyyata hazırlaşmağı əmr etməsindən bir neçə gün sonraya təsadüf edib.

Qeyd edək ki, Qəzza əhalisinin yarıdan çoxu hazırda Misirlə həmsərhəd olan Rəfah şəhərində yaşayır. Təxminən 1,5 milyon fələstinli orada ağır humanitar şəraitdə həyatını davam etdiri.

İsrail fevralın 8-i səhər saatlarında Rəfahın bəzi hissələrini havadan bombalayıb. İsrail tanklarının da şəhərə atəş açdığı bildirilir.

Bənzər yazılar

Back to top button