ManşetSiyasət

Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

“Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu, Azərbaycan Respublikasının bütün ərazisində keçirilən ilk seçkilər idi. Prezident İlham Əliyev yenidən beşinci müddətə seçilib.

Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının ilkin nəticələrini və rəyini nəzərə alır. Missiyanın məlumatına görə, seçkilər məhdud siyasi mühitdə və sərbəst toplaşmaq, ifadə və KİV azadlığı daxil olmaqla, əsas hüquq və azadlıqları məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib.

Seçkilərə hazırlıq səmərəli aparılsa da, seçki prosesi tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə xarakterizə edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Seçki günü sakit və ümumiyyətlə, mütəşəkkil keçib, lakin müşahidəçilər hər yerdə məcburi prosedurlara məhəl qoyulmadığını, şəffaflığın olmadığını və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər.

Avropa İttifaqı Azərbaycan hakimiyyətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini nəzərə alacağına və həyata keçirəcəyinə dair gözləntilərini təsdiqləyir. Avropa İttifaqı Azərbaycan xalqının rifahı naminə Azərbaycanla dialoq və əməkdaşlıqda, o cümlədən yaxşı idarəetmə, insan hüquqları və qanunun aliliyi sahəsində iştirakını davam etdirir”, – bəyanatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button