İdman

“Messinin baş məşqçisi olmaq istəyirəm”

Joze Mourinyu argentinalı ulduz Lionel Messi haqqında maraqlı açıqlamalar verib.

Fanat.az xəbər verir ki, “GOAL” təcrübəli portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:

“Messiyə baş məşqçilik etmək şansım heç vaxt olmadı. Əlbəttə, çox istərdim, amma Messiyə nəsə öyrətməyə ehtiyac yoxdur. O, futbola aid hər şeyi sanki anadan olandan bilir. Bəlkə də o, sizə başqa bir şey öyrədə bilər. Onun baş məşqçisi olmaq mənim üçün böyük bir şərəf olardı”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Mourinyu qış fasiləsində “Roma”dan ayrıldıqdan sonra işsizdir. Messi isə MLS Liqasında “İnter Mayami” klubunda çıxış edir.

Bənzər yazılar

Back to top button