İdman

Ölüm-itim olmasa, Ehtiram Quliyev sakitləşməyəcək: Yenə köhnə işıq dirəyi axtarır

Ötən ilin dekabrın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda ölkə futbolunda nadir, amma bir o qədər də xoşagəlməz hadisə yaşanmışdı. Tovuz şəhər stadionda keçirilən matçın 81-ci dəqiqəsində arenanın işıq dirəklərindən biri aşdı.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmadı.

Nəticədə oyun yarımçıq dayandırılmış, matçın qalan hissəsi səhəri gün keçirilmişdi. Bu hadisənin üstündən bir aydan artıq vaxt keçib. Aşan işıq dirəyinin yaxın zamanda yenisi ilə əvəzlənəcəyi bildirilir. Amma necə?

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Publika.az bununla bağlı məlumat əldə edib. “Turan Tovuz” rəhbərliyi mövsümün əvvəlində quraşdırılan işıq dirəklərini artıq fəaliyyətdə olmayan “Bakı”nın Biləcəri qəsəbəsindəki bazasından almışdılar. Yəni köhnə, işlənmiş projektor quraşdırmışdılar arenaya.

“Boz qurdlar” bu dəfə də eyni addımı atmağı planlaşdırır. Artıq işlənmiş işıq dirəyinin axtarışlarına çıxıblar. Bununla bağlı bir neçə yerə müraciət də olub, o cümlədən “Neftçi”yə də. “Neftçi”nin Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında istifadə edilmiş köhnə işıq dirəklərini almaq istəyən “Turan” rəsmiləri rədd cavabı alıb. Tovuz təmsilçisinin bununla bağlı başqa qapıları da döydüyü güman edilir.

Görünür “Turan Tovuz” baş verən hadisədən dərs almayıb. İşıq dirəyinin aşması nəticəsində insan itkisinin olmaması klubun idarə heyətinin sədri Ehtiram Quliyevi arxayın salıb. Buna görə də yenisini almağa ehtiyac görməyib. Klub yenə köhnə işıq dirəyini alacaqsa, eyni hadisənin təkrarlanmayacağına kim zəmanət verəcək?

Bənzər yazılar

Back to top button