Siyasət

Konstitusiya Məhkəməsi fevralın 13-də prezident seçkilərinin nəticələrini təsdiq edəcək

Fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu növbədənkənar prezident seçkilərinin nəticələri haqqında məsələyə baxacaq. İclas saat 11.00-a təyin edilib.

Dünən Azərbaycan MSK seçkilərin nəticələri haqqında protokolu təsdiq edib və nəticələri yoxlanılması və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

“Seçicilərin iradəsinin müəyyən olunmasına mane olan pozuntuların aşkar olunduğu” 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Lakin bu, ümumi nəticələrə təsir etməyib, İlham Əliyev səslərin 92%-dən çoxunu toplayaraq qalib gəlib.

Növbədənkənar prezident seçkilərində iştirak 76,43% təşkil edib.(Turan)

Bənzər yazılar

Back to top button