Hadisə

Meyvələrə kimyəvi maddə vurulduğu iddia edilir: Xərçəng xəstəliyi yarada bilər – VİDEO

Son zamanlar bazarlarda satılan meyvələrə, xüsusən də xarici ölkələrdən gətirilənlərə parafin vurulduğu iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu maddə məhsulların daha uzunömürlü olması və parlaq görünməsi üçün tətbiq edilir.

Satıcılar isə bu iddialarla razılaşmırlar. Onlar bildirirlər ki, məhsulların parlaq görünməsinin səbəbi parafin deyil, meyvənin öz şirəsi bu cür görüntü yaradır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qida ekspertləri də xaricdən gətirilən meyvələrə onların xarab olmaması və uzun müddət qalması üçün kimyəvi qatqı maddələrinin vurulduğunu deyirlər.
Qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu maddələr onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, meyvə alarkən onun görünüşünə yox, keyfiyyətinə üstünlük vermək vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button