İdman

“Braqa” ilə oyun tamamilə başqa cür olacaq” – Toral Bayramov

Misli Premyer Liqasının mərkəzi oyununda “Qarabağ”la “Sabah” üz-üzə gəlib. 3:3 hesablı heç-heçə nəticələnən görüşdən sonra “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov oyundan sonra jurnalistlərə műsahibə verib.

Gənc oyunçu Fanat.az-ın əməkdaşının da suallarını cavablandırıb.

– Oyunu necə dəyərləndirirsiz?

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

– Matç ağır keçdi. Eyni komanda ilə ardıcıl oyunlar keçirmək çətinlik yaradır. Çünki rəqib artıq necə oynayacağını öyrənir, güclü və zəif tərəflərini bilir. Məncə, nəticə oyuna uyğun idi.

– “Braqa” matçı öncəsi qapınız qarşısında bu qədər qol epizodlarının olması sizi narahat edirmi?

– “Braqa” ilə oyun tamamilə başqa cür olacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik. Avropa Liqasının oyunları bizim çempionatın oyunlarından fərqlənir. Yəni, ən azından orda açıq oyun oynayıb, hücum etmək bizim çempionata nisbətən daha rahat olur.

– Bəs qapınız qarşısında bu qədər qol epizodlarının olması psixoloji amildir, ya müdafiədəki sıxıntılarla bağlıdır?

– Bu haqda heç nə deyə bilmərəm.

– Avropa Liqasında mərhələni keçmək ehtimalını necə dəyərləndirirsiniz?

– Səfərdən yaxşı nəticə ilə dönsək, evdə azarkeşlərimizi sevindirə bilərik. Niyə də olmasın?

Bənzər yazılar

Back to top button