İqtisadiyyat

“Bravo”nun qida təhlükəsizliyi qeydiyyatının ləğv edilməsi barədə xəbərləri təkzib edib

BRAVO marketlər şəbəkəsi qida təhlükəsizliyi qeydiyyatının ləğv edilməsi barədə məlumatları təkzib edib.

Şəbəkədən AzToday.az – a göndərilən məlumatda bildirilir ki,  “AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi” başlıqlı yazılar heç bir həqiqəti əks etdirmir.

Belə ki, BRAVO marketlər şəbəkəsinin Şuşada yerləşən filialı üçün keçərli olan ilk reyestr çıxarışı 2021-ci ildə Bakı Regional Bölməsindən alınıb və hal-hazırda qüvvədədir. AQTA-nın rəsmi saytında bu məlumatı yoxlamaq mümkündür (foto aşağıda). Bakı Regional bölməsindən alınan AQTA çıxarışı qüvvədə qaldığı üçün, 2023-cü ildə Qarabağ Regional Bölməsindən alınan ikinci reyster çıxarışı şirkətimizin müraciəti əsasında qüvvədən düşüb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Əlavə olaraq qeyd edək ki, BRAVO marketlər şəbəkəsinin AQTA ilə sıx əməkdaşlığı şəffaf və doğruluq prinsipləri üzərində qurulub. Marketlərin iş prinsipi AQTA qaydalarına tam cavab verir və bu formada da davam edəcək”

***

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Bravo”nun sahibi – “Azərbaycan Supermarket” MMC-nin 12 may 2023-cü il tarixli 02-Q-00296 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Yeniavaz.com xəbər verir ki, AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını hansı səbəbdən ləğv etdiyini açıqlamayıb.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixndə qəbul etdiyi “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.18-ci maddəsində subyektlərin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakı kimi göstərilib:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

Onu da qeyd edək ki, “Bravo” supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq”ə bağlıdır. Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 2 min manat təşkil edir.

Bənzər yazılar

Back to top button