Siyasət

Qubad İbadoğlu ilə bağlı istintaq hərəkəti aparılmır – qardaşı

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır.

İbadoğlunun qardaşı Qalib Toğrul bildirib ki, qardaşının səhhətində son günlər kəskin pisləşmə qeydə alınıb.

“Növbəti müayinəsindən sonra qardaşıma polineyropatiya diaqnozu qoyulub, 10 gün sistem köçürülməsi və sonra bir ay dərman müalicəsi təyin edilib. Son 7 ayda şəkərin aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır”, deyə o, qeyd edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qalib Toğrul bildirib ki, qardaşının səhhətinin kəskin pisləşməsinə baxmayaraq, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir.

“Bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti başa çatır və son 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb”, deyə o, qeyd edib.

Məsələ ilə bağlı Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Ötən ilin iyul ayında Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.(Turan)

Bənzər yazılar

Back to top button