Hadisə

Qalmaqallı məktəbin direktoru GÖRÜN kimdir – DOSYE

Məktəbli qızların məlum videosundan sonra zorakılıq göstərən qızın təhsil aldığı Xəzər rayonu 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova da mövzu ilə bağlı medianın suallarını cavablandırdı. Direktor G.İsmayılova 156 nömrəli məktəbə 3 ildir ki, rəhbərlik edir.

Tribunainfo.az xəbər verir ki, 39 yaşlı direktor İsmayılova Gülər Bəhram qızı Lənkəran Dövlət Universitetinin məzunudur.

O, pedaqoji fəaliyyətə ilk dəfə 2006-cı ildə Bakı şəhəri Xəzər rayonu 136 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi başlayıb. 13 il müəllim vəzifəsində işlədikdən sonra 2019-cu ildə BŞTİ-nin təşkil etdiyi müsabiqədə yüksək nəticə göstərərək, test və müsahibə mərhələlərini keçərək BŞTİ-nin təyinatı üzrə 2019-cu il oktyabrın 8-dən Xəzər rayonu Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.

2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 13.09.2021-ci il tarixdən 156 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Bir çox elmi-praktik konfranslarda, məktəb idarəçiliyi təlimlərində iştirak edib. 2021- ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yüksək təlim nailiyyətlərinə görə Fəxri Fərmanla təltif olunub. Direktor vəzifəsində çalışdığı müddətdə Xəzər RİH, YAP-nın Xəzər rayon Təşkilatı, ATİAHİ, Xəzər rayon Gənclər İdarəsi tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə II ali təhsil (qiyabi şöbə) alır. Akademiyanın III kurs tələbəsidir.

Bənzər yazılar

Back to top button