İdman

“Klopp “Liverpul”dan ayrılandan sonra…” – Alman mütəxəssisin agenti açıqladı

Cari mövsümün sonunda “Liverpul”dan ayrılacağı dəqiqləşən Yürgen Kloppun agenti Mark Kositske alman mütəxəssisin İngiltərə klubunu tərk edəndən sonra nə edəcəyini deyib.

Fanat.az xəbər verir ki, Kositskenin dediklərini jurnalist Florian Plettenberq şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Klopp “Liverpul”dan ayrılandan sonra il ərzində nə hansısa kluba rəhbərlik edəcək, nə də yığmaya. Onun bu planı dəyişməz qalır”.

Qeyd edək ki, yanvarda “Liverpul”dan getmək qərarını ictimaiyyətə açıqlayan Kloppun adı “Barselona” və “Bayern Münhen”lə yanaşı çəkilir.

Bənzər yazılar

Back to top button