Hadisə

“Azərsu” 3 nəfərlik ailəyə 21 ton su borcu yazdı – Foto

“Azərsu”Xətai rayonu İnqilab İsmayılov küçəsində yaşayan ailəyə 21 ton su borcu yazıb.

Tribunainfo.az yazır ki, şikayətçi Ümmü Mədinə adlı xanım bildirib ki, əlavə yazılan borca görə şikayət etməkdən yorulublar. Ancaq artıq ikinci dəfədir ki, onlara bu cür borc yazılır:

“Bu qeder vicdansızlıq olmaz axı. Evdə 3 nəfər yaşayır. Səhər saat 1-ə işləmiş su kəsilir, bir də axşam saat 7-nin yarısı gəlir. 21 tonu su 1 aya necə istifadə oluna bilər:
İkinci aydı artıq 21 ton su pulu gəlir. Şikayət etmişəm ikinci dəfə qaynar xəttə. Usta deyir, sayğac laboratoriya gedecək. Ancaq laboratoriya pulunu da mən ödəməliyəm. Yetimlərin pulu gözünüzdən gəlsin, bundan qabaq da olmuşdu. Onda da 1 il artıq yazırmış su pulu”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button