Siyasət

Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək

Fevralın 22-də Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirlən 14-cü plenar sessiyasında Assambleyaya sədrlik Azərbaycana keçib.

Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında sədrlik müddəti iki il olacaq. Bundan öncə assambelyaya Türkiyə sədrlik edib.

Bugünki sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir.

“Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq, hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir”, deyə o, qeyd edib.

Bənzər yazılar

Back to top button