Dünya

Daha uzun mənzilli ATACMS raketlərinin Ukraynaya təhvil verilməsi: ABŞ bəyanat verdi

Amerika Birləşmiş Ştatlarının administrasiyası Ukraynanı daha uzun mənzilli ATACMS raketləri ilə təmin etmək imkanını nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi telefon brifinqində deyib.

“Biz artıq Ukraynaya ATACMS raketlərinin APAM (piyada əleyhinə və maddi-texniki raketlər – red.) kimi tanınan versiyasını təqdim etmişik və ukraynalılar onlardan yaxşı nəticə əldə ediblər”, – o deyib.

Kirbi vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələrinin məhvetmə məsafəsi artırılmış ATACMS raketləri ilə təchiz edilməsi məsələsi heç vaxt gündəmdən çıxarılmayıb.

“Bu, bu günə kimi Ukrayna tərəfi ilə apardığımız müzakirələrin ayrılmaz hissəsidir. Ukraynanın belə imkanları var və digər ölkələr də onu analoji uzaqmənzilli silahlarla təmin edib. Buna görə də biz hələ ki ukraynalılarla ATACMS-in daha uzun mənzilli versiyası ilə bağlı müzakirələr aparırıq”, – ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru bildirib.

Qeyd: Bir neçə gün əvvəl NBC News xəbər vermişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanı yeni, güclü, uzaq mənzilli ballistik raketlərlə təmin etməyə çalışır. Media mənbələri bildiriblər ki, ABŞ hazırda Ukraynaya Rusiyanın nəzarətində olan Krım yarımadasından daha çox zərbə endirməyə imkan verəcək daha uzun mənzilli ATACMS raketinin yeni versiyasını göndərməyə meyillidir.

Eyni zamanda ABŞ Müdafiə Nazirliyi bu raketlərin ehtiyatlarının məhdud olduğunu bildirib. Öz anbarlarını doldurmaq üçün pul olmadan onları Ukraynaya köçürmək mümkün deyil.

Bənzər yazılar

Back to top button