Dünya

Zelenski “Fox News”a müsahibəsində Zalujnı niyə işdən çıxardığını açıqlayıb

Ukrayinska Pravda: Prezident Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, general Valeri Zalujnının və Ukrayna Silahlı Qüvvələrinin əsas rəhbərliyinin işdən niyə çıxarıldığı ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, hərbi komandanlıqda yenidənqurma və dəyişikliklə əlaqədardır.

Prezident Zelenski qeyd edib ki, söhbət Ukraynanın kursunu dəyişməkdən getmir, ancaq “son dövr ərzində dəyişməmiş” şeylərdən gedir.

“Daha sürətli olmalı idik, bu o deməkdir ki, əlimizdə olan bütün bürokratiyanın üstündən keçməliyik. Başqa şansımız yoxdur. Biz daha sürətli olmalıyıq. Bu, əlimizdə olan bütün bürokratiyanı itirmək deməkdir. Əks halda şansımız olmayacaq. Biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq. Zaman puldur, bizdə isə pul deyil, insanların həyatıdır”, – deyə o qeyd edib.

Zelenskidən Zalujnıya Ukrayna Qəhrəmanı adının verilməsi, generalın prezidentin siyasətini dəstəkləməyə davam edəcəyi və ya bəlkə də, müxalifətə keçəcəyi ilə bağlı sual verilib.

Zelenski cavab olaraq deyib ki, bu, Zalujninin özünün seçimidir. “O, xalqımızı, ölkəmizi müdafiə etdi. Ona görə də ona Ukrayna Qəhrəmanı adına layiq görüldüm. Ona çox minnətdaram”.(Turan)

Bənzər yazılar

Back to top button