Siyasət

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini təmin etməyib

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun həbs müddətinin üç ay uzadılmasına dair şikayətini təmin etməyib.

Bundan öncə Apellyasiya Məhkəməsi İbadoğlunun iyulun 23-də saxlanıldığı zaman götürülmüş mobil telefonu istintaq orqanının geri qaytarmaması barədə digər şikayətini təmin etməyib. Bunu Turan-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun vəkilləri siyasətçiyə effektiv tibbi yardımın göstərilməməsi və onun xəstəxanaya yerləşdirilməsindən imtina edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yeni şikayət göndəriblər.

*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların hazırlanmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.

Bənzər yazılar

Back to top button