Cəmiyyət

Təhsil fədailəri: Ucqar dağ kəndinin iki müəllimi (FOTO)

Sosial şəbəkə üzərindən çoxdan izlədiyim iki müəllim var. Amil Dadaşov və Hamlet (əsl adı Xanverdi imiş) Dadaşov. Pandemiya dövründə şagirdlərin tədris proqramlarından tamamilə geri qalmaması üçün, Təhsil Nazirliyinin təşkil etdiyi teledərslər və “Virtual məktəb“ layihəsindən heç də ölkənin bütün ümumi təhsil müəssələrində təhsil alan şagirdlər yararlana bilmirlər. Xüsusi ilə ucqar dağ kənlərində, maddi texniki bazanın hələ zəif olduğu, internetin, elektron lövhənin, proyektorun, kompyüterin hələ olmadığı məktəblərdə. Elə barələrində danışacağım, iki dost, iki əmioğlu və iki təhsil fədaisi Xanverdi və Amil Dadoşovlar da məhz belə şəraiti olan ucqar dağ kəndi olan Yardımlı rayonu Vərgədüz kənd tam orta məktəbində ibtida sinif müəllimi vəzifəsində çalışırlar.

Vərgədüz kəndi Yardımlı rayonunun ən qədim kəndlərindən biridir. Əvvəllər nahiyyə mərkəzi olan Vərgədüz, sovet işğalından dərhal sonra 1920-ci ildə Vərgədüz rayonunun inzibati mərkəzi olmuşdur. 1938 –ci ildə rayonun Yardımlı adlandırılması və rayon mərkəzinin indiki Yardımlı şəhərinə köıürülməsi ilə Vərgədüz inzibati əhəmiyyətini itirmişdir ki, bu da kənddə yaşayış evlərinin və əhalinin zamanla, xüsusən müstəqillik dövründə urbanizasiya ilə əlaqədər kəskin azalması ilə nəticələnmişdir.

Hal-hazırda Vərgədüz kəndində 220 ev, elə Xanverdi və Amil müəllimin də çalışdığı məktəbdə 221 şagirdin təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur. Sevindirici haldır ki, son illər kənddə əvvəlki illərə nisbətən qızlar arasında ali və orta ixtisas təhsili almağa meyl artıb. Kənddə yaşıdları və təhsilli insanların Bakı və ölkənin digər şəhərlərinə köçməsinə baxmayaraq, dədə-baba torpağına və peşələrinə bağlılıq qəhrəmanlarımızın çətin şəraitə və bütün mərhumiyyətlərə baxmayaraq doğma kənddə qalaraq, gənc nəslin təlim –tərbiyəsinə ömürlərini həsr etmələri ilə yanaşı, davranışları və böyük nüfuz sahibi olmaları ilə nəinki Vərgədüzdə eləcə də, qonşu kənlərdə, Yardımlı rayonunda seçilirlər.

Ucqar kənddə yaşamalarına baxmayaraq , müəllim kimi peşəkarlıqları üzərində daim çalışan Dadaşovlar, digər müəllim həmkarları və facebook sosial şəbəkəsi üzərində yaratdıqları 15 000 üzvü olan “MÜASİR SİNİF MÜƏLLİMİ” qrupunda ölkənin müxtəlif ərazilərində çalışan həmkarları ilə bilik və bacarıqlarını paylaşırlar. Qeyd edim ki , Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirilməsi zamanı, Xanverdi müəllim 52 bal, Amil müəllim isə 54 bal toplayıb ki, belə ucqar kənd müəllimləri üçün kifayət qədər yaxşı nəticədir.

Xanverdi müəllim hal-hazırda 1-ci sinifdə, Amil müəllim isə məktəbəhazırlıq qrupunda tədris ilə məşğuldurlar. Birinci sinifdə 12 şagird, məktəbəhazırlıq qrupunda 27 uşaq təhsil alır.

Pandemiya dövründə təhsil müəssələrində tədris prosesinə fasilə verildikdən az sonra Təhsil Nazirliyi əvvəlcə teledərslərə, daha sonra “Virtual məktə “ layihəsi ilə ölkədə ümumi təhsil müəssələrində təhsil alan 1 milyon 600 min şagirdin tədris materiallarından geri qalmaması üçün tədbirlərə başlasa da, ölkənin heç də bütün məkəbləri, xüsusi ilə ucqarlarda yerləşən ,maddi texniki baxımdan nisbətən zəif olan məktəbləri bu tədbirlərdən tam olaraq yararlana bilmirlər. Belə bir vəziyyətdə Xanverdi və Amil Dadaşovlar sakit otura bilmir, sevimli peşələrini şəraitə uyğun həyata keçirirlər. Belə ki, haqqında bəhs etdiyimiz qəhrəmnlarımız hər gün ev telefonları, whotsapp (valideyinlərində uyğun telefon olanların) vasitəsi ilə şagirdlərə tapşırıqlar verir, həftədə bir neçə dəfə isə, evləri bir-bir gəzərək, şagirdlərinə baş çəkir, verdikləri tapşırıqların yerinə yetirilməsinə nəzarət edirlər. Təbii ki, belə şəraitdə valideyinlərin köməyindən istifadə edilir.

Vətənə, dövlətə xidmət, peşə fəaliyyətini şərəflə yerinə yetirmək Xanverdi və Amil müəllimlərin timsalında sərhəd tanımadığının şahidi oluruq. Biz də, pandemiyanın və yerli şəraitin yaratdığı bütün çətinliklərinə baxmayaraq öz peşələrini sevə-sevə yerinə yetirən bu iki gəng müəllimə, təhsil fədailərinə peşə fəaliyyətində uğurlar arzulayırıq…

Arzu Məmmədova

AzToday.az

Bənzər yazılar

Back to top button