Dünya

Tramp Cənubi Karolinada ilkin seçkidə erkən qalibiyyətini elan edib

ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli Cənubi Karolina ştatının 3 dairəsində ilk yeri tutub, digər 46 dairədə isə ABŞ-ın sabiq prezidenti Donald Tramp liderlik edir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Tramp bülletenlərin 65 faizinin işlənməsinin nəticələrinə əsasən Respublikaçılar Partiyasının tərəfdarlarının 60,7 faizinin səsini toplayıb.

Səsvermədən sonra aparıcı Amerika mediası onun qələbəsini proqnozlaşdırıb, o cümlədən “CNN”, “NBC”, “Fox News”, “Associated Press” və “The Wall Street Journal”.

Trampın özü də qələbəsini qeyd edib. Nikki Heyli Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə qələbəsi münasibətilə Donald Trampı təbrik edib. Bununla belə, Nikki Heyli Cənubi Karolina ştatında keçirilən praymerizdə məğlub olmasına baxmayaraq, yarışı tərk etməyəcəyini bildirib.

Öz növbəsində Nikki Heylinin seçki qərargahı ABŞ-ın keçmiş prezidenti Donald Trampın son illərdə Respublikaçılar Partiyasının faktiki lideri olduğunu etiraf edib.

Bənzər yazılar

Back to top button