İdman

Mbappe PSJ azarkeşləri ilə centlmen razılığa gəldi

Mövsümün sonunda PSJ-ni tərk etmək niyyətində olan Kilian Mbappe Parisdən xoş əhval-ruhiyyə ilə ayrılmaq istəyir.

Fanat.az “Lequipe”-yə istinadən xəbər verir ki, ulduz forvard azarkeşlərlə razılığa gəlib.

Onun nümayəndəsi “Collectif Ultras Paris” fanklubunun rəhbərliyi ilə görüşüb. Futbolçu azarkeşlərə mesaj göndərib ki, ayrılığı rəsmən elan olunana qədər meydanda bütün gücünü qoyacaq və komandaya qələbələr qazandırmaq üçün qol vurmağa davam edəcək. Bunun qarşılığında isə fanatlardan ona təzyiq göstərməməyi istəyib. Dolayısı ilə o, bir vaxt “Park des Princes”də fitə basılan Lionel Messinin aqibətini yaşamaq istəmədiyini çatdırıb.

Fanklub isə 25 yaşlı futbolçuya hər hansı qıcıqlandırıcı reaksiyadan çəkinməyi tövsiyə edib.

Mbappe çıxışı ilə azarkeşlərin narazılığına heç bir əsas vermir. Bu mövsüm o, 31 matçda 32 qol vurub. Onun həmçinin, 7 məhsuldar ötürməsi var.

Bənzər yazılar

Back to top button