Hadisə

Mikayıl Cabbarov nə özü, nədəki kadrları, Kərəm Həsənovun kadrlarına-adamlarına, “qaşın üstə gözün var” deyə bilmirlər

Bakı sakini, Amanova Kəmalə,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsində tuğyan eləyən korrupsiya,rüşvətxorluq,məmur özbaşınalığı,süründürməçilik və brokratik əngəllər barədə saytımız vasitəsilə Prezidentə müraciət etdi.Müraciəti olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının hüquq mühafizə orqanları
ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova.
İqtisadiyyat Naziri Mikayıl Cabbarova.

Hörmətli cənab Prezident!

Sizin korrupsiyaya,rüşvətxorluğa qarşı amansız mübarizə aparılması barədə qəbul etdiyiniz qərarlar, məmurlara verdiyiniz tapşırıqlar və tövsiyyələr, bu yönümdə məmurların cəzalandırılması hər kəsin gözü önündə baş vermişdir. Bu danılmaz bir faktdır.

Ən dəhşətlisi, faciəmiz ondadır ki, bəzi-bəzi məmurlar “gözü çıxan qardaş”larını qabaqlarında görsələr də korrupsiyaya bulaşmaqdan, rüşvət almaqdan, süründürməçilikdən, brokratik əngəllərdən əl çəkmirlər. Hətta bu kimi qanunsuz hərəkətlərdən həzz alırlar.

Hörmətli cənab Prezident!

Məlum məsələdir ki, az-çox, dünyanın hər yerində korrupsiya var.

Vətəndaş olaraq, istərdim ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sistemində şəxsən qarşılaşdığım və üzləşdiyim neqativ olaylar barədə məlumat verim.

Deyilənə görə İqtisadiyyat Naziri Mikayıl Cabbarov korrupsiyadan, rüşvət almaqdan uzaqdır. Bu heç də o, demək deyil ki, Mikayıl Cabbarov ac qalır.

Ancaq, təəssüflə qeyd edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeçiliyində olan bütün strukturlarda işləyən məmurlar korrupsiya, rüşvət dəryasında boğulurlar.

Aydın məsələdir ki, bu sahədə Mikayıl Cabbarov kifayət qədər kadr islahatları da aparmışdır. Ancaq bunun da heç bir faydası olmamışdır. Necə deyərlər, “Çax-çax başını ağrıdır, ancaq dəyirman öz işini görür”.

Bundan başqa Mikayıl Cabbarov yumşaq xarakterli insandır. Yumşaq xarakterli insanlar isə biraz qorxaq olurlar. Ona görə də, nə özü, nədəki, təyin etdiyi kadrlar qorxusundan səsini çıxara bilmirlər. Bəs görək bunlar kimdən qorxurlar.

Və yaxud da, Əmlak Məsələləri Dövlət Xidmətində baş verən olaylardan qabaqcadan kimlərinsə məlumatı olmuşdur. Necə deyərlər Əmlak Məsələləri Dövlə Xidmətində tuğyan eləyən korrupsiyanın-rüşvətin dadını bilir. Müdriklərimizdən belə bir deyim var, deyirlər: “Dadanan qudurmuşdan pis olur”. Ona görədə bu sahədən əllərini çəkmirlər. Yadaki, bu dadı bilən məmur hal-hazırda Mikayıl Cabbarovdan yüksək postdadır.(vəzifədədir).
Hörmətli cənab Prezident!

Əvvəllər Əmlak Məsələri Dövlət Komitəsinin sədri vəzifəsində işləmiş Kərəm Həsənov, hal-hazırda Sizin köməkçinizdir və Mikayıl Cabbarovdan bir addım Sizə yaxındır, Prezident Aparatında oturur.

Bax bu səbəbdən də Mikayıl Cabbarov nə özü, nədəki kadrları, Kərəm Həsənovun kadrlarına-adamlarına, “qaşın üstə gözün var” deyə bilmirlər. Bundan başqa xarakter cəhətdən də Kərəm Həsənovda qorxurlar.

Bax bu kimi obyektiv və subyektiv səbəblərə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bütün sahələrində korrupsiya, rüşvət ayaq tutub yeriyir!?

Hörmətli cənab Prezident!

1988-ci ildə tikilmiş bağ evi almışam. Bağ evi 1993-cü ildən istifadəmdədir. 2005-ci ildə özəlləşdirmişəm. (Kupçası var.)

Düz 27 ildən sonra 2015-ci ildə Bağ evimin yerləşdiyi torpaq sahəsini başqa şəxsin adına sənədləşdirmişlər! İlk baxışda inandırıcı görsənməsə də bu fakt belədir!

Bu kimi qanunsuzluqlar Kərəm Həsənovun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində olanda törədilmişdir. 5 ildən artıqdır ki, sənədlərimi qaydasına qoya bilmirəm. Çünki, qurulmuş tələ pul tələsidir.

Təəccüblüsü isə odur ki, bu qanunsuz hərəkətlər Kərəm Həsənovun dövründə törədildiyi üçün Mikayıl Cabbarovdan savayı, hüquq mühafizə orqanları da qorxusunda tədbir görmürlər, cinayətin üstünü açmaq istəmirlər.

Əgər Kərəm Həsənov Sizin köməkçiniz olmasaydı və yaxud da yaxın günlərdə Kərəm Həsənovu vəzifədən kənarlaşdırsanız, hesab edirəm ki, Mikayıl Cabbarov Əmlak Məsələləri Dövlət Xidmətin bütün sahələrində ən azından səliqə-səhman yarada, korrupsiyanın qarşısının alınmasına, heç olmasa korrupsionerlərin cəzalandırılmasına səy göstərərdi.

Hörmətli cənab Prezident!

Yuxarıda qeyd etdiyim obyektiv və subyektiv səbəbləri, faktları nəzərə alıb Sizdən xahiş edirəm:

: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində tüğyan edən korrupsiyanın qarşısının alınması, məmurların məsuliyyətə cəlb edilməsi və mənim əmlakımla bağlı törədilmiş qanunsuzluqların aradan qaldırılması üçün, aidiyyəti qurumlara göstəriş verəsiniz. Mikayıl Cabbarova və mənə köməklik göstərəsiniz.
Qabaqcadan minnətdarlığımızı bildirirəm.(Azmedia.info.az)

Bənzər yazılar

Back to top button