Dünya

Putin Ərdoğana söz verib: Türkiyə səfərini təxirə salmayacaq

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və o, bu ölkəyə səfərini çox gecikdirməyəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidenti jurnalistlərə bildirib.

“Putin mənə dedi ki, bu səfəri təxirə salmayacaq”, deyə Ərdoğan bildirib.

“İzvestiya” qəzetinin məlumatına görə, Türkiyə prezidenti Putinin yaxın gələcəkdə səfərinin mümkünlüyünü də istisna edib.

Bazar günü, fevralın 25-də Ərdoğan ad gününü qeyd edir. Onun 70 yaşı tamam olub və bu münasibətlə Rusiya lideri ona zəng edib. Putin həmkarını bayram münasibətilə təbrik edərək, onun doğma ölkəsində və xaricdəki yüksək nüfuzuna diqqət çəkib. Bundan əlavə, Rusiya prezidenti Türkiyə liderinin iki dövlət arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, dövlət başçısı yaxın vaxtlarda Türkiyəyə səfər etməyi planlaşdırmır. Onun sözlərinə görə, prezident seçkilərindən əvvəl belə bir səfər olmayacaq.

Bənzər yazılar

Back to top button