Hadisə

9 bal toplayan ekologiya işçisi necə direktor təyin olunub?

Bu ilin yanvar ayında Meşələrin İnkişafı Xidmətinə rəis təyin olunan Ramik Əşrəfov bu sahədə ciddi kadr dəyişiklikləri etməyə hazırlaşır.

AzToday.az-a daxil olan məlumatlara görə, Xidmətin əvvəlki rəisi Cabbar Cabbar Qəribovun təyin etdiyi vəzifəli şəxslər yeni rəisi qane etmir.

Qeyd edək ki, Ramik Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən indiyə kimi meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Məlumatlara görə, Ramik Əsrəfov ilk növbədə regional meşə təsərrüfatı mərkəzlərinə rəhbərlik edən, ancaq bu sahədə peşəkarlığı olmayan kadrları işdən uzaqlaşdırmaq istəyir.

Bildirilir ki, yaxın günlərdə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İxtiyar Cənnətov vəzifəsindən uzaqlaşdırılacaq. Səbəb kimi İxtiyar Cənnətovun fəaliyyətinin qənaətbəxş olmamasıdır. Belə ki, vaxtilə Ramik Əşrəfovun “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dən uzaqlaşdırdığı İxtiyar Cənnətov Cabbar Qəribovun tələb yoldaşıdır. Və 2023-cu ilin iyun ayında Xidmətdə keçirilən imtahanda cəmi 9 bal toplayan İxtiyar Cənnətov noyabrda həbs olunan Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayevin yerinə təyin olunub.

Onun direktor kimi fəaliyyətinin regional mərkəzin əməkdaşları arasında da ciddi narazılıq doğurduğu yayılan məlumatlar sırasındadır…

Bənzər yazılar

Back to top button