Dünya

Bayden Trampın ABŞ-ın cənub sərhədinə səfərindən xəbərsiz olduğunu bildirib

ABŞ prezidenti Co Bayden keçmiş ABŞ lideri Donald Trampla eyni vaxtda Meksika ilə sərhədə səfər edəcəyini bilmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

“Mən bunu cümə axşamına planlaşdırmışdım, amma bilmədiyim o idi ki, yəqin mənim yaxşı dostum da ora gedirdi”, – deyə mətbuat xidməti Baydenə istinadən məlumat verib.

Bayden fevralın 29-da Texas ştatının sərhədyanı Brovnsville şəhərinə səfər edəcək. Həmin gün Trampın da Texasda olması gözlənilir, lakin onun səfərinin dəqiq yeri hələ açıqlanmayıb. “Bloomberg” qeyd edib ki, bu, “2024-cü il seçkilərinin müəyyənedici məsələsi üzərində qarşıdurma” olacaq.

Trumpın kampaniyası əvvəllər ölkənin cənub sərhədinə səfərin Baydenə yaratdığı miqrasiya böhranı üçün məsuliyyətdən yayınmağa kömək etməyəcəyini söyləyib.

Hər iki səfər martın 5-də, 15 ştatda və ABŞ-ın xaricdəki ərazisi statusuna malik Amerika Samoasında eyni vaxtda ilkin prezident seçkilərinin keçiriləcəyi Super Çərşənbə axşamından əvvəl baş tutacaq.

Bənzər yazılar

Back to top button