Dünya

Vaşinqton Navalnının FTX əməkdaşına dəyişdirilməsilə bağlı danışıqlar barədə məlumatları şərh etmir

Bazar ertəsi Dövlət Departamenti müxalifətçi Aleksey Navalnının Federel Təhlükəsizlik Xidmətinin əməkdaşı, çeçen səhra komandirinin qətlinə görə Avropada həbs edilmiş Vadim Krasikov ilə mümkün mübadiləsi barədə məlumatları şərh etməyib.

“Mən daxili müzakirələr haqda və ya xaricdə saxlanılan adamların azad edilməsilə bağlı işimizdən danışmayacağam”,- mətbuat katibi Metyü Miller brifinqdə jurnalistlərin təzyiqi altında bildirib.

Bazar ertəsi Navalnının müttəfiqi YouTube-da video yerləşdirib. O bildirib ki, mübadiləyə dair danışıqlar bir neçə ay ABŞ və Almaniyanın iştirakı ilə aparılıb.

“Mən qanunsuz saxlanılan amerikalıların və ya bütün dünyada saxlanılan digər şəxslərin azad edilməsinə nail olmaq üçün apardığımız iş barədə söhbətlərimizi diplomatik tərəfdaşlarımızın heç biri ilə müzakirə etmək fikrində deyiləm”, – Miller Turan-ın müxbirinin sualına cavabda deyib.

Bənzər yazılar

Back to top button