Dünya

Dövlət Departamenti: Rusiyada seçkilər azad və ədalətli olmayacaq

Rusiya prezident seçkilərinə (çox güman ki, Vladimir Putinin hakimiyyətini uzadacaq) yaxınlaşdığı üçün ABŞ seçkilərdən heç bir sürpriz gözləmədiyini bildirib.

“Düşünmürəm ki, bunun azad və ədalətli seçki olmayacağı dünyada kimin üçünsə sürpriz olsun”, – brifinq zamanı mətbuat katibi Metyü Miller bildirib.

Səsvermə martın 15-17-də keçiriləcək və Putinin siyasətinə, o cümlədən Ukraynadakı müharibəyə qarşı çıxan heç bir namizəd yoxdur.

Müharibə əleyhinə olan yeganə xadim Boris Nadejdin hakimiyyət onun öz namizədliyini irəli sürməsi üçün kifayət qədər imza toplamadığını bəyan etdikdən sonra seçkilərdən kənarlaşdırılıb.

2021-ci ildə Putinin imzaladığı qanun ona daha iki prezidentlik müddətinə, yəni 2036-cı ilə qədər öz namizədliyini irəli sürməyə imkan verir.(Turan)

Bənzər yazılar

Back to top button