İdman

“Real” bir yox, iki Mbappe gətirir

PSJ-nin yarımmüdafiəçisi, parislilərin ulduzu Kilian Mbappenin qardaşı Etan da klubunu dəyişə bilər.

Fanat.az xəbər verir ki, kiçik qardaş da “Real Madrid”in maraq dairəsindədir.

İnformasiyanı “El Chiringuito” yayıb. Mənbənin məlumatına görə, qardaşların İspaniya nəhəngində bir araya gəlməsi mümkündür.

17 yaşlı Etan PSJ-nin gənclər komandasında çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 22 matça çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 500 min avrodur.

Xarici KİV Kilian Mbappenin yayda “Real Madrid”ə keçəcəyini xəbər verir. İddiaya görə, tərəflər 5 illik əmək müqaviləsi imzalamağa yaxındırlar.

Bənzər yazılar

Back to top button