Siyasət

Fransa Azərbaycan və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürəcək

Ermənistan baş nazirinin Parisə səfərindən sonra Fransa və Ermənistan Milli Təhlükəsizlik Xidmətləri arasında Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.

Qaynarinfo xəbər verir ki, bu məlumatı Fransa mediası yayıb və Paşinyanın ailəsinə məxsus “Armtimes” qəzetinə istinad edib.

Nəşr yazır ki, Paris İrəvana Ermənistanın sərhədləri boyunca vəziyyətlə bağlı məlumatların yer aldığı peyk məlumatlarını ötürəcək.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan və Paris müdafiə sektorunda yeni əlaqələr qurublar. Bu da Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button