İdman

Xavi qərarını dəyişə bilər – Şərti var

Mövsüm başa çatdıqdan sonra tutduğu vəzifədən istefa verəcəyini elan edən “Barselona”nın baş məşqçisi Xavi Ernandes qərarını dəyişə bilər.

Fanat.az xəbər verir ki, ispaniyalı mütəxəssisin bunun üçün şərti var.

Bu barədə “El Chiringuito TV” məlumat yayıb. Mənbənin məlumatına görə, əfsanəvi Yohan Kroyffun oğlu Jordi Kroyff yenidən Kataloniya təmsilçisinin idman direktoru olarsa, Xavi fikrini dəyişə və komandada qala bilər. Deko bu postu tutmağa davam edəcəyi halda, Xavi qərarını qətiləşdirəcək.

“Barselona” hazırda La Liqada 57 xalla lider “Real Madrid”dən 8 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Bənzər yazılar

Back to top button