İdman

“Real Madrid”in ulduzunun sıraya dönəcəyi tarix bilindi

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem tezliklə yaşıl meydana qayıdacaq.

Fanat.az “Marca”-ya istinadən xəbər verir ki, “Kral klubunun”un son üç matçını, o cümlədən Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə ilk oyunu buraxan zədəli ingilis “Valensiya”yla 2 martda keçiriləcək növbəti turun oyununa ehtiyat oyunçular skamyasında başlama ehtimalı böyükdür.

“Real” 20 yaşlı oyunçunun almanlarla cavab matçında (6 mart) tam sağalmasını təmin etmək üçün hər şeyi edir. Odur ki, Bellinqemin qarşıdakı La Liqa matçında sağlamlığını riskə atmaq istəmirlər.

Cud Bellingem bu mövsüm 29 oyunda meydana çıxaraq 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button