ManşetSiyasət

Paşinyan Ermənistanın KTMT-də iştirakını rəsmi dondurmaqla hədələyib

KTMT təşkilatının Ermənistan ərazisində məsuliyyət daşıyırmı? KTMT 2021-ci ildən bəri bu suala cavab vermir. Bu, Ermənistanın milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaradır.

Bunu çərşənbə günü Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan KTMT ilə münasibətlərin “dondurulması” ilə bağlı açıqlamasına belə aydınlıq gətirib: “Artıq bir ildir ki, bizim KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz uzun müddətdir ki, KTMT tədbirlərində yüksək səviyyədə iştirak etmirik. KTMT qərar qəbul etmək üçün konsensus prinsipindən istifadə edir, lakin biz orada iştirak etmirik, çünki niyə iştirak etməli olduğumuzu bilmirik”, – Paşinyan bildirib. “Lakin Avropa Şurası 2023-cü ilin oktyabrında Qranadada dördtərəfli bəyannamə və 6 oktyabr 2022-ci il tarixli Praqa Bəyannaməsi ilə Ermənistanın sərhədlərini açıq şəkildə tanıyıb. Rusiya prezidentidə bunu üç tərəfli sazişlə təsdiq edib. Lakin KTMT-nin Yerevanda keçirilən sammitində təşkilatın üzvləri faktiki olaraq bundan imtina ediblər, Ermənistanın baş naziri qeyd edib.

“KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini edir. İndi KTMT ilə de-fakto münasibətlərimizi dondurmuşuq və bu proses davam edərsə, de-yure əlaqələri dondurmalı olacağıq”, – Paşinyan vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button