İdman

“Qarabağ”da şok itki: 3-4 ay oynamayacaq

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Dani Kintananın xidmətindən məhrum olub. İlkin məlumata görə, ispaniyalı futbolçu uzun müddət oynamayacaq. Yarımmüdafiəçinin təxminən 3-4 aydan sonra futbola dönməsi gözlənilir.

Məlumatı BATE ilə matçdan sonra mətuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov verib: “Dani dünənki məşq zamanı zədə aldı. Həkimlərin rəyinə görə, zədəsi olduqca ciddidi. Yaxın günlərdə əməliyyat olunacaq”

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Kintana ötən il diz bağlarındakı zədəyə görə əməliyyat olunaraq, 6 ay meydanlardan kənarda qalmışdı.

Bənzər yazılar

Back to top button