Siyasət

“Məsuliyyətsiz ritorika”: ABŞ-ın Putinin nüvə şantajı ilə bağlı şərhi

Birləşmiş Ştatlar Vladimir Putinin nüvə müharibəsi riski haqqında xəbərdarlıq ehtiva edən sonuncu ifadələrini kəskin şəkildə tənqid edib. “Vladimir Putinin məsuliyyətsiz ritorikasına ilk dəfə şahid olmuruq”, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın Vaşinqtondakı müxbirinə bildirib. “Nüvə silahına malik olan dövlət başçısının belə danışması yolverilməzdir”.

Cümə axşamı Putin xalqa illik müraciətində Qərbə Ukraynaya Rusiyanın hücumundan müdafiə üçün qoşun göndərəcək istənilən ölkə üçün “faciəvi nəticələr” haqqında xəbərdarlıq edib.

“Qərbin düşündüyü hər şey nüvə silahından istifadə ilə real münaqişə və deməli, sivilizasiyanın məhv edilməsi təhlükəsi yaradır”, deyə Putin bildirib.

Putinin bu ifadələri ilə bağlı şərh verən Miller deyib ki, ABŞ nüvə silahının tətbiqinin nəticələri mövzusunda Rusiya ilə birbaşa əlaqə saxlayıb. “Həm də biz Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşmasının heç bir əlamətini görmürük və biz bunu diqqətlə izləməyə davam edəcəyik”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Bənzər yazılar

Back to top button