Dünya

Moskvada Aleksey Navalnının dəfn mərasimi keçirilib

Martın 1-də Moskvanın kiçik kilsələrindən birində müxalifətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilib. Onunla vidalaşmağa minlərlə insan gəlib. İnsanlar Navalnının adını səsləndirərək və mərhumun meyitini daşıyan avtomobilin önünə çiçəklər ataraq kilsədən qəbirstanlığa qədər piyada gediblər.

Hakimiyyətin insanları qorxutmaq və dəfndə kütləvi iştiraka yol verməmək cəhdləri baş tutmayıb.(Turan)

Bənzər yazılar

Back to top button