Siyasət

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb

Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar edilib. Bu barədə martın 3-də Baş Prokurorluğun mətbuat xidməti bildirib.

Qeyd olunan ərazidə həyata keçirilən baxış- istintaq hərəkəti nəticəsində daha bir nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu kütləvi məzarlıq fevralın 23-də bərpa-tikinti işləri zamanı aşkar edilib.

Bənzər yazılar

Back to top button