Siyasət

Trampın tərəfdarları onun qalib gələcəyi təqdirdə ABŞ-ın Azərbaycana qarşı münasibəti barədə

Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişməyəcək. Bu fikri Respublika Partiyasının Arlinqton bölməsinin rəhbəri Metyu Hart Turan-ın müxbiri ilə söhbətində söyləyib.

Donald Tramp Azərbaycanda insan hüquqlarını və demokratiyanı müdafiə edəcəkmi? Bu suala Metyu Hart cavab verib ki, Trump administrasiyası həmişə insan hüquqlarına böyük diqqət yetirib və bütün ölkələrdə onun pozulmasını qətiyyətlə pisləyib.

“Xaricdə Amerika azadlığının və Amerika imkanlarının ifadə ounması bizim yumşaq güc adlandırdığımız şeydir. Bütün ölkələr üçün öz vətəndaşlarının və azlıqların hüquqlarının təmin edilməsi çox vacibdir”, – Hart deyib.

Eyni zamanda, o qeyd edib ki, bütün ölkələr xarici müdaxilə təhlükəsi olmadan öz taleyini təmin etmək imkanına mailk olmalıdır.

Bənzər yazılar

Back to top button