İdman

“Bavariya” Xabi Alonso ilə razılığa gəlməsə…

“Brayton”un çalışdırıcısı Roberto De Zerbi “Bavariya”nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.

Qol.az Almaniya mətbuatına istinadən xəbrə verir ki, Münhen təmsilçisi bu vəzifə üçün Xabi Alonso (“Bayer”) ilə razılığa gələ bilməsə, italiyalı mütəxəssisin namizədliyinə müraciət edəcək.

De Zerbinin “Bavariya”nın marağından xəbərdar olduğu, lakin onun gələcəyi ilə bağlı yekun qərarı hələ verilmədiyi vurğulanır.

Hazırda onun rəhbərlik etdiyi “Brayton” 28 turdan sonra 42 xal toplayaraq İngiltərə Premyer Liqasının 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Tomas Tuhellə bu mövsümün sonu yolların ayrılacağı açıqlanıb.

Bənzər yazılar

Back to top button