Dünya

ABŞ hesab edir ki, Moskvada İŞİD-in hücumunun arxasında başqalarının durması barədə Kremlin iddiaları “çirkinlikdir”

Çərşənbə günü ABŞ Moskvada Crocus City-də törədilmiş terror aktı ilə bağlı Kreml məmurlarının son bəyanatlarını bir daha “çirkin” adlandırıb.

“Kremlin çoxsaylı məmurlarının şərhləri məsuliyyətsizdir, abırsızdır və bu, prezident Putinin və komandasının digər üzvlərinin Ukraynaya qarşı qanunsuz müharibəyə haqq qazandırmaq üçün milli faciədən necə istifadə etməsinə daha bir nümunəsidir”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın sualını cavablandırarkən bildirib.

Cümə günü 143 nəfərin həyatına son qoyan terror aktına görə məsuliyyəti “İslam dövləti” öz üzərinə götürüb, lakin Rusiyanın yüksək vəzifəli məmurları sübut təqdim etmədən bildirirlər ki, bunda Ukrayna, ABŞ və Böyük Britaniya iştirak ediblər.

Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, “İslam dövləti”nin Moskvada konsert zalına hücum edə biləcəyinə “inanmaq çox çətindir”. O əlavə edib ki, Qərb Ukrayna və Qərb hökumətlərinin üzərindən günahı atmaq üçün məsuliyyəti terror qruplaşmasının üzərinə qoymağa tələsib.

“Mən bu şərhləri, prezident Putinin şərhlərini, eləcə də bu terror atkının arxasında bir sıra ölkənin dayandığını iddia edən digərlərinin şərhlərini gördüm. Aydındır ki, bu iddialar tamamilə yalandır və düşünürəm ki, Rusiya hökuməti bunun yalan olduğunu bilir”, – Miller deyib.

“Bu hücumların arxasında Ukrayna durmayıb. Bu hücumların arxasında Böyük Britaniya durmayıb. Bu hücumların arxasında ABŞ durmayıb. Faktiki olaraq, ABŞ bu hücumların mümkünlüyü barədə əvvəlcədən Rusiyanı xəbərdar etdi, çünki biz rusiyalıların ölümünün qarşısını almaq istədik”,- Miller deyib.

Bənzər yazılar

Back to top button