Cəmiyyət

Qeyri-sabit hava şəraiti növbəti günlərdə də davam edəcək

“Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti avqust ayının 16-dək davam edəcək”.

AzToday.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 14-dən ölkə ərazisində əsən şimal-qərq küləyi arabir güclənəcək: “Ayın 15-i gündüz küləyin zəifləyəcəyi gözlənilir. Avqustun 16-dək ölkə ərazisində hava şəraitinin bir qədər küləkli keçəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26-28, bölgələrdə 28-30 dərəcə arası dəyişəcəyi gözlənilir: “Avqust ayının 16-dan havanın temperaturunun bugünlərlə müqayisədə 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır”.

Bənzər yazılar

Back to top button