HadisəManşet

Kiyevdə vəfat edən jurnalist sabah Bakıda dəfn olunacaq

Ukraynanın Kiyev şəhərində qəfil ürəktutmasından 48 yaşında dünyasını dəyişən tanınmış jurnalist, hərbi reportyor Idrak Camalbəylinin nəşi bu gün Bakı vaxtıyla saat 16:00-da TK-0340 reysi ilə Bakıya çatacaq.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı məlumat verib.

Onun sözlərinə görə, cənazə hava limanından birbaşa Məhəmmədi kəndinə aparılacaq. Dəfn mərasimi aprelin 2-də Masazır qəbristanlığında olacaq.

Qabil Osmanlı İdrak Camalbəylinin son istəklərindən biri barədə məlumat paylaşıb:

“Demişdin ki, Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın siyahısını hazırlayib, onların adlarına layiq adlarının əbədiləşdirilməsi üçün Kyivin mərkəzi parklarından birində abidə ucaldılsın. Nə biləydin ki, o siyahıda sənin də adın olacaq…

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq bu yöndə nə lazımdırsa, addım atılacaq”.

Bənzər yazılar

Back to top button