Siyasət

Azərbaycanlı keçmiş məmura ABŞ-da yüksək vəzifə verildi

Mədəniyyət Nazirliyinin sabiq Aparat rəhbəri Vasif Eyvazzadəyə ABŞ-da yüksək vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, o, Johns Hopkins Universitetinin yüksəkvəzifəli heyətinin tərkibində bu təhsil ocağının Jhpiego beynəlxalq təşkilatının Qlobal insan resurslarının Müxtəliflik, Bərabərlik və İnklüzivlik müdiri vəzifəsinə təyin olunub.

Azərbaycanlı keçmiş məmur ABŞ-da bu vəzifəni tutan ilk menecerdir.

O bildirib ki, yeni vəzifəsi ilə Jhpiego təşkilatının ABŞ və 35-dən çox ölkədə fəaliyyət göstərən ofislərinin əməkdaşları arasında irqi, milli, mədəni, dini, gender, sosial və fiziki status müxtəlifliyi, bərabərliyi və inklüzivliyi təmin edən siyasət, strategiya və layihələrin hazırlanması və hayata keçirilməsinə rəhbərlik edəcək, eyni zamanda bu sahədə təşkilatın ümumi siyasətinin formalaşdırılmasına, Johns Hopkins Universiteti, həmçinin beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın qurulmasını dəstək verəcək.

Xatırladaq ki, V.Eyvazzadə 2020-2021-ci illərdə Azərbaycanın Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

https://www.facebook.com/vasif.eyvazzade/posts/10211310922804327?ref=embed_post

Bənzər yazılar

Back to top button