Hadisə

Kəmaləddin Heydərov İsaxan Aşurovun oğlunu idarə rəisi təyin etdi (FOTO)

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Müvafiq əmrlə Kənan Aşurov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi idi.

Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.

Bənzər yazılar

Back to top button