Siyasət

Əfv Məsələləri Komissiyası öz işini bərpa edib

Aprelin 3-də Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası öz işini bərpa edib. Bugünkü iclasda məhkumların 100-dən çox əfv ərizəsinə baxılıb. Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı həftələrdə komissiya işini davam etdirəcək. Lakin o, mümkün əfv tarixini açıqlamayıb.

1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulundan sonra ölkədə 69 əfv sərəncamı imzalanıb ki, bu da 9308 nəfərə şamil edilib.

Bənzər yazılar

Back to top button