İdman

Qomes “Neftçi”nin 10 mininə yaxın durmayıb – SƏBƏB

“Neftçi”nin əvəzedici komandaya göndərilən Lukas Qomesi razı sala bilməyib.

Fanat.Az-ın xəbərinə görə, bu ilin dekabrına qədər Bakı təmsilçisi ilə müqaviləsi olan futbolçu klubun təklif etdiyi təzminatla razılaşmayıb.

Ötən ayın əvvəllində Qomeslə eyni aqibəti yaşayan Mayk Kampaza 10 min dollar verərək sözləşməni pozmağa razılaşdıran klub rəhbərliyi Qomesi eyni məbləğlə yola gətirə bilməyib. Maaşının hamısını istəyən oyunçu klubdan FİFA-ya şikayət edəcəyini söyləyib.

Maraqlıdır ki, klub oyunçunun ali futbol qurumuna ünvanlayacağı məktubun heç nəyi dəyişməyəcəyinə əmindi. Bunu saytımıza açıqlama verən “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib: “Kampazla müqavilə qarşılıqlı razılıq əsasında pozuldu. Qomes isə bizim təklif etdiyimiz şərtlərlə razılaşmadı. O, FİFA-ya şikayət ünvanlaya bilməz. Çünki əlimizdə müəyyən sənədlər var. Həmin sənədlərə əsasən klub haqlıdı”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button