Sağlamlıq

Bəşəriyyət üçün ən təhlükəli 10 xəstəlik açıqlandı

200-dən çox ölkəni əhatə edən və son 30 ildə müxtəlif xəstəliklərdən ölüm hallarını qiymətləndirən uzunmüddətli tədqiqatın nəticələri dərc edilib.

Yeniavaz.com xəbər verir ki, araşdırma “The Lancet” jurnalında dərc olunub.

Araşdırmaya görə, pandemiya ilə əlaqədar dünyada orta ömür uzunluğu azalıb. Amma indi bu rəqəm get-gedə artır.
Ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir:

– Koronar ürək xəstəliyi;
– İnsult;
– Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX);
– Tənəffüs yollarının infeksiyaları;
– Neonatal problemlər (həyatın ilk ayında ölüm);
– Altsheymer;
– Ağciyər xərçəngi,
– Diabet,
– Böyrək xəstəliyi,
– Bağırsaq infeksiyaları.
Siyahıdan məlum olduğu kimi, reytinqdə qocalmaya xas olan xəstəliklərin çəkisi artır. Məsələn, Altsheymer xəstəliyinin hələ də effektiv müalicəsi yoxdur və bu da faciəvi nəticələrə gətirib çıxarır.

Bənzər yazılar

Back to top button