İdman

“Real” heç-heçəyə sevinməlidir” – Ançelotti

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” ilə heç-heçədən (3:3) sonra matçla bağlı fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, UEFA-nın mətbuat xidməti italiyalı mütəxəssisin dediklərini belə təqdim edib:

“Bu, yaxşı balanslaşdırılmış oyun idi. Hər iki komanda həqiqətən də sona qədər mübarizə apardı və nəticə çətin heç-heçə oldu. Onlara təzyiq etdiyimiz müddətdə çox yaxşı formada idik. Sürətli keçidlərlə futbol oynamaq, bacarığımızdan istifadə etmək üçün çox çalışdıq.

Erkən qol vurdular və düzünü desəm, heç kim həmin anda onlardan qol gözləmirdi. Amma biz çox yaxşı cavab verdik və 60 dəqiqə mükəmməl oynadıq.

Aydındır ki, cavab oyununda heç olmasa kiçik bir üstünlük əldə etmək istəyirik. Amma düşünürəm ki, bu gecədən razı qalmalıyıq. Biz çox yaxşı çıxış etdik və bunu gələn həftə təkrar etsək, o zaman yarımfinala vəsiqə qazana bilərik”.

Bənzər yazılar

Back to top button