İdman

Messinin komandasını Çempionlar Kubokundan qovdular

Meksikada KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib.

Fanat.az xəbər verir ki, yerli “Monterrey” “İnter Mayami”ni 3:1 hesabı ilə məğlub edib.

Qonaqların yeganə qolu Lionel Messinin ötürməsindən Dieqo Qomez vurub.

“İnter Mayami” matçı azlıqda başa vurub. Ulduz müdafiəçi Jordi Alba 4 dəqiqə ərzində 2 sarı vərəqə alıb (75-ci, 79-cu). “İnter Mayami” təsəlli qolunu məhz azlıqda vurub.

Beləliklə, Messi və komanda yoldaşları Çempionlar Kubokunda mübarizəni dayandırıb.

Bənzər yazılar

Back to top button