İdman

Romalıların lideri klubdan ayrıldı – Özü açıqladı

İspaniyalı yarımmüdafiəçi Latsio Luis Alberto mövsümün sonunda “Latsio”dan ayrılacaq.

Fanat.az xəbər verir ki, o, qərarını DAZN-a müsahibəsində açıqlayıb.

“Mövsümün sonunda “Latsio”dan ayrılacam. Hər şey bitdi, mən artıq rəhbərlikdən mənimlə müqaviləni ləğv etməyi və yollarımızı ayırmağı xahiş etmişəm.

Başqalarına yer açmağın vaxtıdır. Mən burada əlavə avro qazanmaq istəmirəm, bu pul başqa oyunçulara xərclənə bilər”.

31 yaşlı futbolçu “Latsio”ya 2016-cı ildə “Liverpul”dan keçib. Roma klubu üçün Luis 301 oyun keçirib, 51 qol vurub və 75 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button