DünyaHadisə

Sumqayıtla qardaşlaşan şəhərdə körpü uçdu: çox sayda ölü var

İtaliyanın Genuya şəhərində yerləşən körpü çöküb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı çox sayda avtomobil körpüdən düşüb. Əraziyə təcili yardım qrupu cəlb edilib, çox sayda ölünün olduğu bildirilir. İtaliyanın nəqliyyat naziri Danilo Toninelli hadisəni “böyük tragediya” adlandırıb.

Çökən Morandi körpüsü 1960-cı illərdə inşa edilib və təxminən 100 m hündürüyə sahibdir. Körpü güclü yağış zamanı uçub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, şəhərin 600.000 nəfərlik əhalisi var. Milan şəhərindən 120 kilometr aralıqda yerləşir. Genuya şəhəri Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.

Bənzər yazılar

Back to top button