Cəmiyyət

Tovuzda nə üçün xəstəxanalara qaz verilmir? – “Azəriqaz”dan cavab

“Azəriqaz” İstehsalat Birliyi ilə Səhiyyə Nazirliyi arasında heç bir problem yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Milli Məclisin deputatı Qənirə Paşayevanın bu gün Milli Məclisdə “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” ittihamına cavaında deyib. Onun sözlərinə görə, xəstəxanaların qazlaşdırılmasının həyata keçirilməsi sadə bir prosesdir:

“Xəstəxanalarla bağlı sənədlər Asan Xidmət mərkəzlərinə tədqim olunur, texniki şərt alınır. Texniki şərt də tam ödənişsiz verilir. Texniki şərt tam 20 iş günü müddətinə təqdim olunur. Bunu alandan sonra xəstəxanaların qazla təminatı ilə bağlı bütün sənədlər hazır olanda heç bir problem qalmır. Yəni, müraciət olunmalıdır ki, qaz təhcizatı təmin olunsun, qazlaşdırılma işi aparılsın”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə xəstəxanaların onlara aid olduğunu deyib:

“Qənirə xanın TƏBİB-i bir qurum olaraq tanıyır. Əgər Səhiyyə Nazirliyi deyibsə, bir bildiyi var”.

Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün parlamentdə çıxışında “Tovuzda bir sıra kəndlərdə xəstəxanalara qaz verilmir, baxmayaraq ki, kəndlərdə qaz var. Bu, Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasındakı problemlərdən qaynaqlanır. Xəstəxanalara qaz verilməməsinin nə dərəcədə ciddi problemlərə yol açdığı nəzərə alınmalı, bu məsələlər aradan qaldırılmalıdır”,- deyə millət vəkili bildirib.

Bənzər yazılar

Back to top button